Yevlaxda avtomobil yol kənarındakı dəmir maneəyə çırpılıb, FHN bir nəfəri xilas edib
Fövqəladə Hallar Nazirliyinin (FHN) "112" qaynar telefon xəttinə Yevlax şəhərində yol-nəqliyyat hadisəsinin baş verməsi ilə əlaqədar xilasedici köməyinə ehtiyac yaranması barədə məlumat daxil olub.
Bu barədə BAKU.WS-ə FHN-dən bildirilib.
Məlumatla əlaqədar FHN-nin Aran Regional Mərkəzinin xilasetmə qüvvələri çağırış üzrə cəlb olunublar.
Əməliyyat şəraiti qiymətləndirilərkən müəyyən olunub ki, "Honda" markalı minik avtomobili yol kənarındakı dəmir maneəyə çırpılıb və 1 nəfər avtomobildə sıxılmış vəziyyətdə qalıb.
Həyata keçirilən xilasetmə tədbirləri nəticəsində avtomobildə sıxılı vəziyyətdə qalan 1 nəfər deformasiyaya uğrayan nəqliyyat vasitəsindən çıxarılaraq təcili tibbi yardım briqadasına təhvil verilib.
Oxşar xəbərlər
Şəmkir-Gədəbəy yolunda yük maşını dərəyə aşıb
Şəmkirdə yol-nəqliyyat hadisəsi baş verib. BAKU.WS apa-ya istinadən xəbər verir ki, hadisə Şəmkir-Gədəbəy yolunun rayonun Yasamal adlanan ərazidən keçən hissəsi...