Yevlaxda ata və oğulu bıçaqlamaqda şübhəli bilinən şəxslər saxlanılıb
Yeniliklərdən dərhal xəbərdar olun
Yevlaxda bir nəfəri öldürüb digərini yaralamaqda şübhəli bilinən şəxslər saxlanılıb.
Bu barədə BAKU.WS-ə DİN-in mətbuat xidmətindən bildirilib.
Qeyd edilib ki, keçirilən əməliyyat-axtarış tədbirləri nəticəsində cinayət əməlində şübhəli bilinən rayon sakinləri - 1985-ci il təvəllüdlü Afət Abdullayev və onun oğlu - 2004-cü il təvəllüdlü Təbriz Abdullayev saxlanılaraq istintaqa təhvil verilib.
Qeyd edək ki, Yevlaxda ata və oğlu bıçaqlanıb. Fevralın 13-ü Yevlax rayon sakini Amin Əsədovun ölməsinə dair rayon prokurorluğunda araşdırma aparılıb. Araşdırma zamanı zərərçəkmiş şəxsin atası 1984-cü il təvəllüdlü Ramil Əsədovun da bıçaq xəsarətləri ilə xəstəxanaya daxil olması müəyyən edilib.
Oxşar xəbərlər
6 qadının öldüyü kənd: "Yeznəm qızlarının və arvadının ölümündən xəbərsizdi" (FOTO)
Biz Bağırovlar ailəsinin yaşadığı ünvana çatanda heç kəsin ayaq üstə dayanmağa taqəti qalmamışdı. Kimi həyətin hasarına söykənmişdi, kimi də taybatay açılmış da...