Yevlaxda ağır yol qəzası oldu - Ölən və xəsarət alanlar var

Yevlaxda ağır yol-nəqliyyat hadisəsi baş verib.
BAKU.WS teleqraf-a istinadən xəbər verir ki, hadisə Xaldan şosesində baş verib.
Belə ki, "Mercedes" markalı avtomobil arxadan hərəkətdə olan qoşqulu (lülkalı) motosikletə çırpılıb. Nəticədə motosikletdə olan ər və arvad ağır xəsarət alıblar. 1955-ci il təvəllüdlü, rayonun Hacısüllü kənd sakini Kazımov Hacıbala Ədil oğlu və 1959-cu il təvəllüdlü həyat yoldaşı Kazımova Fəxriyyə Aslan qızı təcili xəstəxanaya çatdırılıblar.
Həkimlərin səylərinə baxmayaraq, ağır vəziyyətdə olan qadının həyatını xilas etmək mümkün olmayıb. Hacıbala Kazımov isə cərrahi əməliyyat olunaraq xəstəxananın cərrahiyyə şöbəsinə yerləşdirilib.
Əldə olunan məlumata görə, qəzaya düşən ailə səhər saatlarında evdən çıxaraq qonşuluqdakı şəhər bazarına gedirmiş.
Faktla bağlı araşdırma aparılır.
Oxşar xəbərlər
Lənkəranda istirahət mərkəzin müdiri bıçaqlanıb
Lənkəranda bıçaqlanma hadisəsi baş verib. BAKU.WS apa-ya istinadən xəbər verir ki, hadisə səhər saatlarında Lənkəran şəhərinin "Böyük Bazar" deyilən ərazisində...
