Yevlaxda 40 yaşlı kişi Kürdə boğuldu

29
avq
2019
18:37
Yevlaxda bir nəfər Kür çayına düşərək boğulub.Fövqəladə Hallar Nazirliyindən BAKU.WS-ə verilən məlumata görə, Böhran Vəziyyətlərində İdarəetmə Mərkəzinə Kür çayının Yevlax şəhərindən keçən hissəsində, qeyri-məntəqə (nəzarətsiz) ərazisində 1 nəfərin çaya düşməsi barədə məlumat daxil olub.Dərhal hadisə yerinə cəlb olunan Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidmətinin müvafiq xilasetmə qüvvələri 1979-cu il təvəllüdlü Abdullayev Seymur Bayram oğlunun meyitini sudan çıxarıb və aidiyyəti üzrə təhvil veriblər.
Oxşar xəbərlər
Xəzərdə 19 yaşlı gənc boğulub
Xəzər dənizində, qeyri-çimərlik ərazidə 1 nəfər çimərkən boğulub.Fövqəladə Hallar Nazirliyindən BAKU.WS-ə verilən məlumata görə, Böhran Vəziyyətlərində İdarəetm...