16 yaşlı oğlanın bıçaqlanmasında şübhəli bilinən şəxs saxlanılıb
Yeniliklərdən dərhal xəbərdar olun
Yevlaxda 16 yaşlı oğlanın bıçaqlanmasında şübhəli bilinən şəxs saxlanılıb.
DİN-in Mətbuat Xidmətinin regional qrupundan BAKU.WS-ə verilən məlumata görə, cinayət əməlini törətməkdə şübhəli bilinən rayon sakini 2005-ci il təvəllüdlü Qeyis Yolçuyev polis əməkdaşarı tərəfindən saxlanılaraq istintaqa təhvil verilib.
Faktla bağlı araşdırma aparılır.
Yevlaxda 16 yaşlı oğlanın bıçaqlanması ilə bağlı Daxili İşlər Nazirliyinin əməkdaşları hərəkətə keçib.
BAKU.WS xəbər verir ki, hadisəni törədən şəxsin saxlanılması istiqamətində polis əməkdaşları tərəfindən tədbirlər görülür.
***22:50
Yevlaxda 16 yaşlı oğlan bıçaqlanıb.
BAKU.WS "Report"a istinadən xəbər verir ki, şəhər ərazisində 2009-cu il təvəllüdlü H.Qasımov mübahisə zəminində bıçaq xəsarəti alıb.
O, xəstəxanaya yerləşdirilib, vəziyyəti kafi qiymətləndirilir.
Onun hansı səbəbdən və kim tərəfindən bıçaqlandığı hələ məlum deyil.
Faktla bağlı araşdırma aparılır.
Oxşar xəbərlər
Həkimin öldü dediyi körpə morqda 4 saat sağ qalıb
ABŞ-nin Arizona ştatında hovuzda boğulma təhlükəsi keçirən 18 aylıq körpə həkimin səhlənkarlığı nəticəsində ölü elan edilərək morqa aparılıb. Körpənin təxminən...