Yevlax və Lənkəranda ƏMƏLİYYAT: 76 kq narkotik ələ keçdi
Lənkəran və Yevlaxda keçirilən növbəti tədbirlərlə əvvəllər narkotiklərlə əlaqəli cinayətlərə görə məhkum olunan Anar Hüseynov, Asim Səfərov və Vüsal Ağahəsənov saxlanılıblar.
Bu barədə BAKU.WS-ə DİN-dən məlumat verilib.
Onlardan 76 kiloqram tərkibinə psixotrop maddələr əlavə edilmiş marixuana və 2000 ədəd metadon həbi aşkarlanıb. Saxlanılan şəxslərin xarici ölkələrdə yaşayan narkotacirlərin tapşırığı ilə qaçaqmalçılıq yolu ilə ölkəyə gətirilən narkotiklərin qanunsuz dövriyyəsini təşkil etdikləri müəyyən edilib.
Faktla bağlı cinayət işləri başlanılıb, saxlanılan şəxslər barəsində məhkəmənin qərarı ilə həbs qətimkan tədbiri seçilib.
Oxşar xəbərlər
Xırdalanda 20 yaşlı oğlanın meyiti tapıldı
Abşeronda 20 yaşlı oğlanın meyiti tapılıb. BAKU.WS "Qafqazinfo"ya istinadən xəbər verir ki, hadisə Xırdalan şəhərində qeydə alınıb. Şəhər sakini Muhammed Əsgəro...