Yevlax sakini Yuxarı Qarabağ su kanalında batıb

Yevlax sakini Yuxarı Qarabağ su kanalında batıb
Hadisə 39

Yevlax rayonunda bir nəfər suda batıb.

BAKU.WS APA-ya istinadən xəbər verir ki, Yevlax rayonunun Qoyunbinəsi kənd sakini, 2000-ci il təvəllüdlü Mahir Nadirovun Yuxarı Qarabağ su kanalının Malbinəsi kəndi ərazisindən keçən hissəsində batdığı ehtimal olunur.

Hadisə ilə bağlı məlumat daxil olduqdan sonra əraziyə müvafiq xilasetmə qüvvələri cəlb edilib.

Fövqəladə Hallar Nazirliyinin dalğıc-axtarış qrupu tərəfindən həyata keçirilən axtarış tədbirləri nəticəsində meyit tapılaraq sudan çıxarılıb.

Meyit aidiyyəti üzrə təhvil verilib.

Faktla bağlı araşdırma aparılır.

Mokaland Uşaq Əyləncə Mərkəzi

Son xəbərlər