Metronun giriş-çıxışı bağlanan stansiyasının işi BƏRPA EDİLDİ
Yeniliklərdən dərhal xəbərdar olun
"Bakı Metropoliteni" QSC-nin "Cəfər Cabbarlı" stansiyasının giriş-çıxış qapıları sərnişinlərin istifadəsinə tam açılıb.
Bu barədə BAKU.WS-ə səhmdar cəmiyyətindən bildirilib.
***09:55
""Cəfər Cabbarlı" stansiyasına bitişik yeraltı keçiddə yerləşən ticarət mağazasında tüstülənmə baş verib".
BAKU.WS xəbər verir ki, bu barədə metropolitenin yaydığı məlumatda bilirilib.
Hadisənin metro sərnişinlərinə təsirinin qarşısını almaq məqsədilə "Cəfər Cabbarlı" stansiyasının giriş və çıxış qapıları dərhal bağlanılıb, havalandırma sistemi sovurma rejiminə keçirilib. Sərnişinlərin hərəkəti "28 May" stansiyası istiqamətindən təmin edilib.
"Cəfər Cabbarlı" və "28 May" stansiyalarının, həmçinin "Cəfər Cabbarlı-Xətai" mənzilində qatarların hərəkəti normal iş rejimi şəraitində təmin edilir.
Saat 10:00-da stansiyanın giriş-çıxışı istifadəyə veriləcək.
Oxşar xəbərlər
Jurnalistə xəsarət yetirən mühafizəçi saxlanılıb, cinayət işi başlanılıb
Noyabrın 1-də səhər saatlarında Nizami rayonu, Davud Aslan küçəsində baş vermiş yanğın hadisəsini işıqlandıran "APA Group"un əməkdaşına qarşı fiziki zor tətbiq...