Yeniyetmənin ölümünə görə transgenderə - 15 il həbs verildi
Yeniliklərdən dərhal xəbərdar olun
Ötən il Sumqayıtda özünü binanın 15-ci mərtəbəsindən atan oğlanla bağlı dəhşətli faktlar üzə çıxıb.
BAKU.WS "Qafqazinfo"ya istinadən xəbər verir ki, 16 yaşlı C.A-nın ölümü ətrafında aparılan araşdırma yeni detalları üzə çıxarıb.
İstintaqla müəyyən edilib ki, yeniyetmə sosial şəbəkədə tanış olduğu 24 yaşlı transgender şəxs tərəfindən şantaj edilib. Sonradan o, yeniyetməyə qarşı hədə-qorxu ilə tələblər irəli sürüb, onun instaqram hesabını ələ keçirərək rüsvayedici məlumatlar yayıb.
İş materiallarında yazılıb ki, təqsirləndirilən şəxs yeniyetməyə qarşı amansız rəftar edib və ona "Get, özünü as", - deyərək intihara sövq edib. Nəticədə yeniyetmə gecə saatlarında özünü yaşayış binasının 15-ci mərtəbəsindən ataraq həyatına son qoyub.
Davam edən istintaq isə təqsirləndirilən şəxsin eyni üsulla başqa yeniyetməni də şantaj etdiyini üzə çıxarıb. 15 yaşlı həmin zərərçəkmiş başına gətirilənləri etiraf edib.
Transgender müttəhim isə ittihamları qəbul etməyib. N.A. heç kimi hansısa cinayətə məcbur etmədiyini, 70 gün sonra aparılan ekspert rəyi əsasında ona ittiham verildiyini əsas gətirərək bəraət istəyib.
Yekunda məhkəmə təqsirləndirilən şəxsə qarşı Cinayət Məcəlləsinin intihara sövq etmə, yetkinlik yaşına çatmayan şəxslərə qarşı ağır cinayət xarakterli başqa əməllər törədilməsi ilə bağlı ittihamları sübuta yetirilmiş hesab edib.
Məhkəmənin hökmü ilə N.A. cəzasını ciddi rejimdə çəkməsi şərti ilə 15 il azadlıqdan məhrum edilib.
Oxşar xəbərlər
Həkimin öldü dediyi körpə morqda 4 saat sağ qalıb
ABŞ-nin Arizona ştatında hovuzda boğulma təhlükəsi keçirən 18 aylıq körpə həkimin səhlənkarlığı nəticəsində ölü elan edilərək morqa aparılıb. Körpənin təxminən...