Yeniyetməni elektrik cərəyanı yük vaqonunun üstündə vurub - YENİLƏNİB
Yeniliklərdən dərhal xəbərdar olun
Gəncədə elektrik cərəyanı vuran 15 yaşlı oğlanla bağlı yeni məlumatlar var.
BAKU.WS apa-ya istinadən xəbər verir ki, bu gün saat 16:05-də Gəncəçay dəmiryol stansiyasının 6-cı yolunda dayanmış yük vaqonunun üstünə çıxan 2007-ci il təvəllüdlü Cəfərov Elgün Elçin oğlu gərginlik naqillərinə toxunaraq ağır yanıq xəsarəti alıb.
Ərazidə olan ADY əməkdaşlarının çevik dəstəyi ilə xəsarət almış şəxs təcili yardım xidməti ilə saat 16:30-da xəstəxanaya çatdırılıb.
Faktla bağlı araşdırılma aparılır. İctimaiyyətə əlavə məlumat veriləcək.
***19:01
Gəncədə 15 yaşlı oğlan yanıq xəsarətləri alıb.
BAKU.WS apa-ya istinadən xəbər verir ki, hadisə şəhərin dəmiryolu vağzalı adlanan ərazidə vaqonda qeydə alınıb.
2007-ci il təvəllüdlü Cəfərov Elgün Elçin oğlu bədənin çox hissəsinin yanığı diaqnozu ilə xəstəxanaya yerləşdirilib. Dərhal yeniyetmə oğlana tibbi yardım göstərilib, vəziyyətinin ağır olduğu bildirilir.
Məlumata görə 15 yaşlı E.Cəfərovu elektrik cərəyanı vurması nəticəsində ağır yanıq xəsarətləri alıb.
Faktla bağlı araşdırma aparılır.
Oxşar xəbərlər
Əri Rusiyada olan qadın tanış olduğu kişi ilə saunada görüşdü - Döyüldü və zorlandı
Bakıda 1989-cu il təvəllüdlü Aqşin Ağayev sosial şəbəkədə tanış olduğu qıza qarşı seksual xarakterli hərəkətlər edib. BAKU.WS “teleqraf.com”a istinadən xəbər ve...