"Yeni Klinika"nın sabiq direktoru Ali Məhkəməyə müraciət edib
Yeniliklərdən dərhal xəbərdar olun
"Yeni Klinika” Publik Hüquqi Şəxsin həbsdə olan sabiq direktoru Pərviz Abbasovun barəsindəki hökmdən kassasiya şikayəti verilib.
BAKU.WS "apa"ya istinadən xəbər verir ki, şikayət ərizəsində cinayət işinin düzgün araşdırılmadığı, Pərviz Abbasovun verilmiş ittihamlarla təqsirsiz olduğu qeyd olunub.
Sabiq baş həkimin vəkili Ali Məhkəməyə təqdim olunan ərizədə Pərviz Abbasova bəraət verilməsini istəyib.
Xatırladaq ki, "Yeni Klinika” Publik Hüquqi Şəxsin baş həkimi olmuş Pərviz Abbasov Baş Prokuror Yanında Korrupsiyaya qarşı Mübarizə İdarəsi tərəfindən həbs olunub. O, Cinayət Məcəlləsinin 311.3.2 (rüşvət alma təkrar törədildikdə) və 32.5, 311.3.2-ci (təkrar rüşvət almaya köməklik etmə) maddələri ilə təqsirli bilinərək Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə Pərviz Abbasov 8 il 6 ay azadlıqdan məhrum olunub.
Sonradan Bakı Apellyasiya Məhkəməsi Pərviz Abbasovun cəzasını 5 il 6 aya endirib.
Oxşar xəbərlər
Azərbaycanda gənc nişanlısına dəfələrlə təcavüz edib nişanı qaytardı - MƏHKƏMƏ
Azərbaycanda nişanlısına qarşı seksual xarakterli zorakılıq hərəkətləri etməkdə təqsirli bilinən 1990-cı il təvəllüdlü Bakı sakini Elşad Rəhimovun cinayət işinə...