Yeni klinikanın qarşısında İZDİHAM - Bu dəfə nə baş verir?
"Yeni Klinikanın qarşısında növbə sıxlığı ilə bağlı yayılan görüntülərlə əlaqədar olaraq bildiririk ki, tibb müəssisəsində tətbiq olunan sistemlərdə hər hansı texniki nasazlıq qeydə alınmayıb".
Bu barədə BAKU.WS-in sorğusuna cavab olaraq Yeni Klinikanın mətbuat xidmətindən bildirilib.
Qeyd olunub ki, klinikada həkim qəbulları saat 09:00-da başlayır. Növbə sıxlığının tənzimlənməsi məqsədilə qeydiyyat prosesi 08:00-dan etibarən həyata keçirilir. Görüntülərdə yer alan vətəndaşlar isə qeydiyyatın başlanmasını gözləmək üçün Klinikanın qarşısına erkən saatlarda gələn şəxslərdir.
"Qeyd edək ki, bütün müəssisələrdə olduğu kimi Yeni Klinikanın qapıları da 08:00-da açılır və vətəndaşlar növbəli şəkildə içəri buraxılır. Klinikanın Təcili və təxirəsalınmaz tibbi yardım xidməti isə 7/24 rejimində fəaliyyət göstərir. Təcili hal olduğu təqdirdə vətəndaşlar birbaşa həmin şöbəyə müraciət edə bilərlər.
Xatırladaq ki, TƏBİB-in tabeliyində fəaliyyət göstərən Yeni Klinikada həm canlı, həm də onlayn növbə sistemi mövcuddur. Vətəndaşlar "E-tabib" mobil tətbiqini yükləyib qeydiyyatdan keçdikdən sonra seçdikləri həkim-mütəxəssis üçün onlayn növbə (randevu) əldə edə bilərlər.
Yeni Klinika pasiyentlərə daha rahat, çevik və səmərəli xidmət göstərilməsi məqsədilə bütün prosesləri daima nəzarətdə saxlayır", - deyə məlumatda vurğulanıb.
Oxşar xəbərlər
Azərbaycanın "Əməkdar məşqçi"si vəfat edib
Əməkdar məşqçi Rəayət Abdalov vəfat edib BAKU.WS xəbər verir ki, bu barədə Azərbaycan Ağırlıqqaldırma Federasiyasından məlumat yayıb. Bildirilib ki, idman ustas...