Yeni ildə yanıq xəsarətləri alan qadın bu gün xəstəxanada vəfat edib
25
yan
2025
15:50
2024-cü ilin dekabrın 31-də Sumqayıtda ehtiyatsızlıq nəticəsində yanan 63 yaşlı qadın bu gün xəstəxanada ölüb.
BAKU.WS report-a istinadən xəbər verir ki, hadisə şəhərin Kotec qəsəbəsində qeydə alınıb.
Belə ki, 1962-ci il təvəllüdlü Sahibə Hüseyn qızı Hüseynova evdə manqal qalayarkən ehtiyatsızlıq nəticəsində yanıb.
O dərhal xəstəxanaya çatdırılıb. Aparılan müalicələrə baxmayaraq, o, bu gün xəstəxanada vəfat edib.
Faktla bağlı araşdırma aparılır.
Oxşar xəbərlər
Ağstafada avtoqəza olub, xəsarət alanlar var
Ağstafada yol-nəqliyyat hadisəsi baş verib. BAKU.WS "Report"a istinadən xəbər verir ki, hadisə rayonun Köçvəlli kəndidə qeydə alınıb. Belə ki, "Ford" tranzit ma...