Yeni həbsdən çıxmış şəxs obyekt sahibindən "haqq" istədi: "Günahın çoxdur, hər ay 50 manat ver"

Qusarda kafe sahibi bıçaqlanıb.
BAKU.WS Oxu.Az-a istinadən xəbər verir ki, hadisə rayon ərazisində fəaliyyət göstərən kafelərdən birində baş verib.
Həbsdən yeni çıxmış Elvin adlı şəxs kafeyə gələrək obyektin icarədarı olan Orxanı çağırıb ondan "haqq" istəyib.
O, Orxana bildirib ki, "Günahın çoxdur, hər ay 50 manat ver, müsəlman qardaşlar günahından keçsin". Orxan isə ona bildirib ki, həmin müsəlman qardaş gəlsin, ona 50 yox, 200 manat verəcək.
Bu söhbətdən sonra Elvin obyekti tərk edib, iki gün sonra yenidən həmin kafeyə gəlib. O, spirtli içki qəbul edəndən sonra Orxana yaxınlaşıb 2 manat yolpulu istəyib. Orxan isə etiraz etmədən ona iki manat verib. Bir neçə dəqiqədən sonra geri qayıdan Elvin Orxanın qulağına söz demək üçün ondan icazə istəyib. Orxan da razılıq verib. Orxanın qulağına söz demək bəhanəsi ilə yaxınlaşan Elvin qəfil cibindən bıçağı çıxararaq onu bıçaqlayıb hadisə yerindən qaçıb.
Keçirilən əməliyyat-axtarış tədbirləri nəticəsində Elvin saxlanılıb.
Faktla bağlı cinayət işi başlanıb və iş məhkəməyə göndərilib.
Məhkəmənin hökmü ilə Elvin 7 il 6 ay azadlıqdan məhrum edilib.
Oxşar xəbərlər
AYNA: Bakıda metro və avtobuslarda onlayn ödəniş problemİ aradan qaldırılıb
Bakıda metro və avtobuslarda onlayn ödəniş etməklə bağlı yaranan problem aradan qaldırılıb. BAKU.WS xəbər verir ki, bu barədə report-un sorğusuna cavab olaraq R...
