Yeni Günəşli sakinlərini narahat edən məsələ həllini tapdı

Yeni Günəşli sakinlərini narahat edən məsələ həllini tapdı
Video
Hadisə 433

Paytaxtın Suraxanı rayonu Yeni Günəşli qəsəbəsi ərazisində qeyd olunan ünvanda gecə saatlarında səs-küy salaraq vətəndaşların haqlı narazılıqlarına səbəb olan tikinti müəssisəsində polis əməkdaşları tərəfindən profilaktik tədbirlər həyata keçirilib vətəndaşları narahat edən hallar aradan qaldırılıb.

Bu barədə BAKU.WS-ə açıqlamasında DİN Mətbuat Xidmətinin əməkdaşı Cəsarət Qənbərli bildirilib.

Cavabdeh barədə İnzibati Xətalar Məcəlləsinin müvafiq maddəsi ilə inzibati tənbeh tədbiri tətbiq edilib. Bir daha eyni əməl törəcədiləcəyi təqdirdə daha ciddi tədbirlərin görülməsi şəxsin diqqətinə çatdırılıb.

***10:39

Suraxanı rayonu, Yeni Günəşli  qəsəbəsi V massivində yaşayan sakinlər narazıdırlar.

Bu barədə məlumat BAKU.WS-in "qaynar xətti"nə daxil olub.

Bildirilib ki, Samir Cəfərov küçəsi bina 22-nin arxasında gecələr tikinti işləri aparılır. Sakinlər səs-küydən yata bilmədiklərini deyirlər:

"Ərazidə 16 mərtəbəli bina tikilir. Ötən gecə saat 4-ə qədər işlədilər. Hər gecə burada səs-küy olur",, - deyə şikayətçi vurğulayıb.

Sözügedən kadrları təqdim edirik:

Banu Hüseynli

Son xəbərlər