Yeni ana olan qadın bir gün sonra xəstəxanada öldü
Yeniliklərdən dərhal xəbərdar olun
Mayın 3-də saat 21 radələrində Lənkəran rayonunun Soru kənd sakini Xangəldiyeva Rəqsanə Səmid qızının ölməsi barədə rayon prokurorluğuna məlumat daxil olmuşdur.
Bu barədə rayon prokurorluğundan BAKU.WS-ə bildirilib.
Aparılmış araşdırmalarla Rəqsanə Xangəldiyevanın mayın 2-də “39 həftəlik hamiləlik, dölün köndələn gəlişi, I cərrahi doğuş” diaqnozu ilə daxil olduğu Lənkəran rayon Mərkəzi Xəstəxananın Perinatal mərkəzində qeysəriyyə əməliyyatı nəticəsində uşağın doğulması, ertəsi gün ananın vəziyyətinin pisləşməsi və saat 21 radələrində ölməsi müəyyən edilmişdir.
Hazırda fakt üzrə Lənkəran rayon prokurorluğunda araşdırma aparılır.
Oxşar xəbərlər
Deputat Salyan Xəstəxanasını ana ölümündə ittiham etdi: “Şöbədə əməlli “bazar”dır”
Milli Məclisin deputatı Jalə Əhmədova Salyan Rayon Mərkəzi Xəstəxanasında fevralın 5-də qeydə alınan ana ölümünə münasibətini açıqlayıb. BAKU.WS oxu.az-a istina...