Yekaterinburqdakı Azərbaycan diasporunun rəhbərinin oğlunun həbs müddəti uzadıldı

Yekaterinburqdakı Azərbaycan diasporunun rəhbərinin oğlunun həbs müddəti uzadıldı
Hadisə 92

Rusiyada hökumət nümayəndəsinə qarşı zorakılıq işi üzrə həbs edilən Yekaterinburqdakı Azərbaycan diasporunun rəhbərinin oğlu Mütvəli Şıxlinskinin həbs qətimkan tədbirinin müddəti uzadılıb.

BAKU.WS Oxu.Az-a istinadən xəbər verir ki, bu barədə vilayət məhkəmələrinin birləşmiş mətbuat xidməti məlumat yayıb.

"Yekaterinburqun Verx-İsetski Rayon Məhkəməsi müstəntiqin Mütvəli Şahin oğlu Şıxlinskinin barəsində seçilmiş həbs-qətimkan tədbirinin müddətinin uzadılması barədə vəsatətini təmin edib. İbtidai istintaq orqanları onu Rusiya Cinayət Məcəlləsinin 318-ci maddəsinin 1-ci hissəsində nəzərdə tutulmuş cinayəti törətməkdə ittiham edir. Qabaqlayıcı tədbirin müddəti 2025-ci il dekabrın 14-dək uzadılıb", - deyə məlumatda bildirilib.

Mokaland Uşaq Əyləncə Mərkəzi

Oxşar xəbərlər

Son xəbərlər