Yekaterinburqda azərbaycanlı diaspor nümayəndəsi dələduzluq işi üzrə mühakimə olunur
Rusiyanın Yekaterinburq şəhərində Azərbaycan diasporunun keçmiş rəhbəri kimi tanınan Vidadi Mustafayev barəsində dələduzluq ittihamları üzrə məhkəmə araşdırmaları başlayıb.
BAKU.WS xəbər verir ki, istintaqın versiyasına görə, zərərçəkənlər müxtəlif problemlərinin həlli üçün ona külli miqdarda pul veriblər. Bildirilir ki, Mustafayev hüquq-mühafizə orqanlarında və digər dövlət qurumlarında əlaqələrinin olduğunu deyərək vəsait alıb, lakin vəd etdiyi məsələləri həll etməyib.
Məlumata görə, Vidadi Mustafayev 2025-ci ilin dekabrında Yekaterinburqdakı "İset" qülləsində saxlanılıb. Cinayət işinin başlanmasına Novruz Sadatovun müraciəti səbəb olub. O, Mustafayevi pul və "Porsche" markalı avtomobilini mənimsəməkdə ittiham edib. İddia olunan ümumi zərərin 16 milyon rubl olduğu bildirilir.
Məhkəmə iclasında çıxış edən Vidadi Mustafayev ittihamları qəbul etmədiyini bildirib. O, heç kimdən pul almadığını və cinayət işinin müəyyən şəxslərlə aralarında yaranmış mübahisələrlə əlaqəli olduğunu iddia edib.
İş üzrə digər zərərçəkənlərin də olduğu qeyd edilir. İstintaq orqanları Mustafayevlə bağlı əlavə cinayət işlərini də araşdırır.
Oxşar xəbərlər
Lökbatanda taksi sərnişin avtobusu ilə toqquşub
️Lökbatanda qəza baş verib. BAKU.WS xəbər verir ki, bu barədə görüntülər sosial şəbəkələrdə yayılıb. Bildirilib ki, taksi sərnişin avtobusu ilə toqquşub