Yeddi il əvvəl itkin düşmüş qadın öldürülübmüş: Əmisi oğlu saxlanıldı - FOTO
Yeniliklərdən dərhal xəbərdar olun
Masallı rayonunda 7 il əvvəl itkin düşən Cəfərova Səidə Fərhad qızının öldürüldüyü məlum olub.
BAKU.WS “Report”a istinadən xəbər verir ki, hadisə ilə əlaqədar qadının əmisi oğlu, Təklə kənd sakini, 1993-cü il təvəllüdlü Əfrayıl Əlisa oğlu Cəfərov şübhəli şəxs qismində saxlanılıb.
İstintaqa məlum olan məlumat əsasında Cəfərova Səidə Fərhad qızının basdırıldığı ərazidə axtarış işləri aparılır. Hazırda kəndin arxa tərəfində çay kənarında axtarış işləri səbəbindən əraziyə giriş-çıxış bağlanıb.
Faktı Masallı Rayon Polis Şöbəsində təsdiq ediblər. Lakin əlavə məlumat verilməyib.
Oxşar xəbərlər
Azərbaycanda 46 yaşlı kişi qızına və 7 yaşlı uşaqlara TƏCAVÜZ ETDİ - TƏFƏRRÜAT
Azyaşlı qıza qarşı seksual xarakterli hərəkətlər etməkdə və narkotik vasitələrin istifadə etməsində təqsirli bilinən Şəki şəhər sakini, 1973-cü il təvəllüdlü Əl...