Yataqxanada baş verən yanğınla bağlı "Qaçqınkom"dan açıqlama
Sumqayıt şəhərində məcburi köçkünlərin məskunlaşdığı yataqxanada baş verən yanğın nəticəsində ölən və yaralananlar yoxdur.
BAKU.WS-in verdiyi məlumata görə, bu haqda Qaçqın və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin yaydığı açıqlamada deyilir.
Açıqlamada qeyd edilir ki, hadisə baş verən zaman Qaçqın və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin sədr müavini və digər məsul şəxsləri həmin ərazidə olublar.
Hazırda Fövqəladə Hallar Nazirliyi tərəfindən yanğının baş vermə səbəbləri araşdırılır. Bundan sonra müvafiq dövlət orqanları ilə birlikdə lazımı tədbirlər görüləcəkdir.
Qeyd edək ki, dünən gecə Sumqayıt şəhərində beşmərtəbəli yataqxanada yanğın baş verib.
BAKU.WS
Oxşar xəbərlər
Prezident yataqxanada baş verən yanğını nəzarətə götürdü
Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsi Yasamalda yataqxanada baş verən yanğınla bağlı məlumat yayıb. BAKU.WS xəbər verir ki, məlumatda...