Yaşlı qadın qardaşı tərəfindən döyülüb

Yaşlı qadın qardaşı tərəfindən döyülüb
Hadisə 172

Göygöl rayonunda yaşlı qadın qardaşı tərəfindən döyülüb.

BAKU.WS-in bölgə müxbirinin verdiyi məlumata əsasən, hadisə rayonun Toğanalı kəndində baş verib. 1952-ci il təvəllüdlü Toğanalı kənd sakini Fiqurə Həsənova müxtəlif bədən xəsarətləri ilə Göygöl rayon Mərkəzi Xəstəxanasına yerləşdirilib.

Qadın bildirib ki, onu qardaşı döyüb. Tibbi yardım göstərilən qadının vəziyyəti kafi qiymətləndirilir.

Faktla bağlı Göygöl rayon Polis Şöbəsində araşdırma başlanılıb, hadisəni təfərrüatları dəqiqləşdirilir.

Mokaland Uşaq Əyləncə Mərkəzi

Son xəbərlər