Yaşıllıqları məhv edən maşının hansı quruma məxsus olduğu BİLİNDİ - YENİLƏNİB - FOTO
Yeniliklərdən dərhal xəbərdar olun
Şəmkir Rayon İcra Hakimiyyəti Bakı şəhərində avtomobilin yaşıllıqlar üzərində park edilməsi ilə bağlı xəbərə aydınlıq gətirib.
BAKU.WS-in məlumatına görə, qurumdan oxu.az-a bildirilib ki, maşın icra hakimiyyətinə məxsus deyil:
“Avtomobil nə icra başçısına, nə də quruma məxsus deyil”.
Oxu.az-a daxil olan məlumata görə, avtomobil Azərbaycan Meliorasiya və Su Təsərrüfatı Açıq Səhmdar Cəmiyyətinin Şəmkir suvarma sistemləri idarəsinə məxsusdur.
***11:54
Bakı şəhərində avtomobil yaşıllıqların üzərində park edilib.
BAKU.WS oxu.az-a istinadla xəbər verir ki, foto Nəsimi rayonu, Cavadxan küçəsi 14 ünvanında çəkilib.
Belə ki, avtomobil sahibi maşını belə saxlamaqla həm yaşıllığı məhv edir, həm də sakinlərin küçədən keçməsinə maneə yaradır.
Avtomobilin Şəmkir Rayon İcra Hakimiyyətinin başçısı Rəşad Tağıyevə aid olduğu vurğulanır.
Qeyd edək ki, sözügedən ərazidə Nəsimi Rayon İcra Hakimiyyəti tərəfindən ötən ilin iyul ayında abadlaşdırma işləri aparılıb və sakinlərin ixtiyarına verilib.
Oxşar xəbərlər
Adam oğrularının şok əməlləri: "Telefonu açıq qoydum ki, arvadım eşitsin..." - TƏFƏRRÜAT
Azərbaycanda adam oğurluğunda ittiham olunan 1988-ci il təvəllüdlü Anar, 1989-cu il təvəllüdlü Yavər və 1996-cı il təvəllüdlü Eşqinin cinayət işi üzrə məhkəmə p...