Yasamaldakı yanacaqdoldurma məntəqəsində pozuntu aşkarlanıb
Fövqəladə Hallar Nazirliyinin (FHN) Sənayedə İşlərin Təhlükəsiz Görülməsi və Dağ-Mədən Nəzarəti Dövlət Agentliyinin müfəttişləri Bakı şəhəri, Yasamal rayonu ərazisində fəaliyyət göstərən çoxnövlü yanacaqdoldurma məntəqəsində plan üzrə yoxlama aparılıb.
FHN-dən BAKU.WS-ə verilən məlumata görə, yoxlama zamanı məntəqədə insan həyatı və sağlamlığı üçün təhlükə yaradan pozuntu aşkarlanıb.
Belə ki, yanacaqdoldurma məntəqəsində istismar olunan sıxılmış təbii qaz qurğu kompleksinə aid qaz balonlarının və qurutma qurğusunun tutumlarının növbəti texniki yoxlamasının aparılmadığı müəyyən edilib.
Aşkar olunan pozuntunun dərhal aradan qaldırılmasının mümkün olmadığı, həmçinin insan həyatı və sağlamlığı üçün yaratdığı təhlükə nəzərə alınaraq, məntəqənin sıxılmış təbii qaz qurğu kompleksinin istismarı dayandırılıb və pozuntunun aradan qaldırılması üçün tərtib olunmuş aktın bir nüsxəsi obyektin cavabdeh şəxsinə təqdim edilib.
Bununla yanaşı, texniki təhlükəsizliklə bağlı obyektin cavabdeh şəxsi ilə profilaktik söhbət aparılıb, aşkarlanmış pozuntunun aradan qaldırılması üçün müvafiq tövsiyələr verilib.
Qalereya
Oxşar xəbərlər
"TikTok"da insanları təhqir edənə işgəncə verən şəxslərə cəza istənildi
"TikTok" sosial platformasında talışları təhqir edən Nəzirxan Ağaxanovu oğurlayaraq işgəncə verməkdə ittiham olunan Səlim Əliyev, Murad Rzayev, Şücaət Rzayev, S...