Yasamalda yaşayış binasında yanğın nəticəsində ölənlərdən biri Bakı Milli Geyim Evinin rəhbəridir
Bakı şəhəri, Yasamal rayonu, Mirəli Seyidov küçəsində çoxmərtəbəli yaşayış binasında baş verən yanğın faciəsinin detalları məlum olub. Ölənlərdən birinin Bakı Milli Geyim Evinin rəhbəri Könül Vəlibəyli olduğu müəyyən edilib. Rəsmi sənədlərdə onun soyadı Hümbətova kimi qeyd olunur.
BAKU.WS xəbər verir ki, 1977-ci il təvəllüdlü Könül Hümbətova yanğın zamanı tüstüdən zəhərlənərək həyatını itirib.
Hadisə nəticəsində həmçinin 2018-ci il təvəllüdlü Arzu Əli qızı Qənbərli və 1983-cü il təvəllüdlü Samir Kamal oğlu Məmmədovun da öldüyü bildirilir.
Təcili tibbi yardımın məlumatına əsasən, ümumilikdə 20 nəfər Kliniki Tibbi Mərkəzə çatdırılaraq hospitalizasiya olunub. Zərərçəkənlərə tibbi yardım göstərilməsi davam edir.
Faktla bağlı Baş Prokurorluqda cinayət işi açılıb, hadisənin səbəbləri araşdırılır.
Oxşar xəbərlər
Tovuzda ağaclarının qırılması ilə bağlı araşdırma aparılır
Tovuzda ağaclarının qırılması ilə bağlı məlumat yayıb. DİN-in Mətbuat Xidmətinin regional qrupundan bildirilib ki, Tovuz rayonunda ağacların kəsilməsi faktı üzr...