Yasamalda su xəttində SIZINTI
26
noy
2025
11:33
Bakı şəhərinin Yasamal rayonunda, Mirzə Cəfər Məmmədzadə küçəsində üç gündür ki içməli su borusunda sızıntı var.
Bu barədə məlumat BAKU.WS-in "qaynar xətti"nə daxil olub.
Sakinlərin sözlərinə görə, yeraltı xəttdə yaranan nasazlıq səbəbindən asfalt qatından su axaraq küçəyə yayılır.
Hadisə yerində olan sakinlər bildiriblər ki, problem hələ də aradan qaldırılmayıb və sızıntı gün keçdikcə artır:
"Artıq üçüncü gündür yerdən su çıxır. Su itkisi də böyükdür. Aidiyyəti qurumlardan xahiş edirik ki, tez bir zamanda müdaxilə olunsun", - deyə sakinlərdən biri bildirib.
Oxşar xəbərlər
Bakıda keçmiş məcburi köçkün çörəkpulu kartına görə arvadını döydü
Bakıda yaşayan keçmiş məcburi köçkün çörəkpulu kartına görə arvadını döyüb. BAKU.WS Oxu.az-a istinadən xəbər verir ki, hadisə paytaxtın Sabunçu rayonunda baş ve...