Yasamalda qurumuş ağac təhlükə saçır: "Bir az güclü külək olsa, kiminsə üstünə aşacaq"
Yeniliklərdən dərhal xəbərdar olun
Bakının Yasamal rayonunda qurumuş ağac təhlükə yaradır.
BAKU.WS-ə müraciət edən sakinin sözlərinə görə, 2-ci Alatava ərazisində, Çuxursəəd küçəsində yerləşən ağac quruyub və kökündən çürüməyə başlayıb.
Sakin iddia edir ki, ağacın vəziyyətinə uzun müddətdir heç bir qurum tərəfindən müdaxilə olunmayıb. Onlar güclü külək zamanı ağacın aşaraq insanlara və ətrafdakı əmlaka zərər vura biləcəyindən ehtiyat edirlər.
"Bir az güclü külək əssə, kimin üstünə aşacağı bilinmir. Xahiş edirik, məsələni işıqlandırsınlar və əraziyə baxış keçirərək tədbir görsünlər", - deyə sakinlər bildiriblər.
Oxşar xəbərlər
Şəmkirdə ölüm hadisəsi baş verib
Şəmkir rayonunun Zəyəm qəsəbəsində ölüm hadisəsi baş verib. BAKU.WS "Report"a istinadən xəbər verir ki, 1959-cu il təvəllüdlü Azad Mahmudov bıçaq yarası ilə xə...