Yasamalda qəbirləri qazıb qızıl dişləri oğurlamışdı, cəzası bəlli oldu
Yasamal qəbiristanlığında qəbirləri qazaraq ölən şəxslərin kəllə sümüyünün ağız nahiyəsindən qızıl dişləri oğurlayan şəxsin məhkəmə prosesi başa çatıb.
BAKU.WS teleqraf-a istinadən xəbər verir ki, hakim qarşısına təqsirləndirilən şəxs qismində həmin qəbiristanlıqda qəbirqazan kimi çalışan Elvin adlı şəxs çıxarılıb.
Məlum olub ki, o, 1963-cü ildə ölən Anatoli Dudrova məxsus məzarı qazaraq 1220 manat dəyərində 9 ədəd qızıl dişi mənimsəyib.
Bundan başqa o, eyni əməli 1975-ci ildə ölmüş Aleksandra Osipovayanın məzarını qazaraq törədib. Elvin taladığı qızılları daha sonra Moskva univermağında satıb, daha sonra isə polis tərəfindən həbs edilib.
Qeyd edək ki, məhkəmənin qərarına əsasən, Cinayət Məcəlləsinin 177.2.2 və 245-ci maddələri üzrə təqsirləndirilən şəxs törətdiyi əmələ görə iki il elektron qolbaqla hərəkət etməli olacaq.
Oxşar xəbərlər
"Nicat" şadlıq evində nöqsanlar aşkarlandı: Fəaliyyəti məhdudlaşdırıldı
Biləsuvar rayonu, Nəsimi kəndində fəaliyyət göstərən, fiziki şəxs Samir Xeyrulla oğlu Xanverdiyevə məxsus "Nicat" şadlıq evində yoxlama keçirilib. BAKU.WS xəbər...