Paytaxtda velosipedçi yol qəzasında ölüb - Baş Dövlət Yol Polisi xəbərdarlıq etdi
Paytaxtın Şərifzadə küçəsində baş verən yol-nəqliyyat hadisəsi velosipedçilər üçün ciddi xəbərdarlıq olub. Ötən gün gecə saat 2 radələrində "BYD" markalı avtomobilin velosipedçiyə çarpması nəticəsində 51 yaşlı Natiq Vahabov hadisə yerində ölüb.
BAKU.WS xəbər verir ki, hadisə təhlükəsizlik kameraları vasitəsilə qeydə alınıb. Görüntülərdən məlum olur ki, velosipedçi çoxzolaqlı yolu nəzərdə tutulmayan yerdən və işıqforun qadağanedici siqnalında keçməyə cəhd edib, avtomobil isə kifayət qədər sürətlə hərəkət edib.
Baş Dövlət Yol Polisi İdarəsi bildirib ki, iki və daha çox zolağı olan yolda sola dönmək və ya yolu keçmək istəyən velosipedçilər qanuna uyğun olaraq velosipeddən düşərək onu əllə hərəkət etdirərək təhlükəsiz yerdən keçməlidir.
İdarə bütün velosipedçiləri və ikitəkərli nəqliyyat vasitəsi sürücülərini təhlükəsizlik qaydalarına əməl etməyə, həm özlərinin, həm də digər yol istifadəçilərinin həyat və sağlamlığını qorumağa çağırıb.
Oxşar xəbərlər
31 yaşlı qadın itkin düşüb
İsmayıllıda 31 yaşlı qadın itkin düşüb. DİN-in Mətbuat xidmətinin regional qrupundan BAKU.WS-ə verilən xəbərə görə, İsmayıllı rayon sakini 31 yaşlı Aygün Əzizov...