Yas mərasimində namaz qılmaq üstündə dava düşdü: Yaralanan var

Yas mərasimində namaz qılmaq üstündə dava düşdü: Yaralanan var
Hadisə 409

Şəmkir rayonunda yas mərasimində dava düşüb.

Oxu.az-ın məlumatına görə, hadisə rayonun İrmaşlı kəndində qeydə alınıb.

Belə ki, kənddə keçirilən yas mərasimində 1990-cı il təvəllüdlü Ruslan Bağırov və həmyerlisi, 1978-ci il təvəllüdlü İdris Alıyev arasında namaz qılmaq üstündə mübahisə yaranıb.

Nəticədə R.Bağırov İ.Alıyevə xəsarət yetirib.

O, xəstəxanaya yerləşdirilib.

Faktla bağlı araşdırma aparılır.

Mokaland Uşaq Əyləncə Mərkəzi

Son xəbərlər