Yardımlıda üçotaqlı ev yandı

20
mar
2023
09:58
Yardımlı rayonunun Bürzünbül kəndində ümumi sahəsi 120 kvadratmetr olan birmərtəbəli üçotaqlı evin iki otağının və dam örtüyünün yanar konstruksiyaları 80 kvadratmetr sahədə yanıb.
BAKU.WS xəbər verir ki, bu barədə Fövqəladə Hallar Nazirliyi (FHN) məlumat yayıb.
Qeyd olunub ki, evin qalan hissəsi və yaxınlıqdakı tikili yanğından mühafizə olunub.
Alov yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.
Oxşar xəbərlər
Balakən və Lənkəranda ev yanıb, xəsarət alanlar var
Balakən rayonunun Şambul kəndində ümumi sahəsi 100 m² olan birmərtəbəli 3 otaqlı evin 2 ədəd plastikdən ibarət pəncərə çərçivəsi, 1 ədəd qapısının taxta üzlüyü...
