Yardımlıda evi qəzalı vəziyyətə düşən qadın çadırla təmin edilib - VİDEO

Yardımlıda evi qəzalı vəziyyətə düşən qadın çadırla təmin edilib - VİDEO
Foto Video
Hadisə 12

Fövqəladə Hallar Nazirliyinə Yardımlı rayonu, Vərgədüz kənd sakini Məmiyeva Validə Əşrəf qızına məxsus evin qəzalı vəziyyətə düşməsi ilə əlaqədar ailənin yaşayış yerinin olmaması barədə məlumat daxil olub.

FHN-dən BAKU.WS-ə verilən xəbərə görə, Bununla əlaqədar nazirliyinin Cənub Regional Mərkəzinin əməkdaşları tərəfindən ailə üçün müvəqqəti yaşayış məqsədilə ailə üzvlərinin sayı nəzərə alınaraq 2 ədəd çadır ev qurularaq vətəndaşa təhvil verilib.

Mokaland Uşaq Əyləncə Mərkəzi

Son xəbərlər