Yanvar-iyun aylarında Azərbaycanda 15 420 cinayət qeydə alınıb

Yanvar-iyun aylarında Azərbaycanda 15 420 cinayət qeydə alınıb
Hadisə 8

Bu ilin 6 ayı ərzində əməliyyat-axtarış və istintaq fəaliyyətinin subyekti olan bütün dövlət qurumları üzrə 15 420 cinayət qeydə alınıb.

BAKU.WS xəbər verir ki, bu bu barədə Daxili İşlər Nazirliyində 2026-cı ilin 6 ayında əməliyyat-xidməti fəaliyyətin yekunlarına və qarşıda duran vəzifələrə həsr olunmuş Kollegiya iclasında məlumat verilib.

Qeyd olunub ki, onların 95,4 faizi daxili işlər və prokurorluq orqanları tərəfindən prosessual qaydada araşdırılan hüquqazidd əməllər olub, 87 faizini böyük ictimai təhlükə törətməyən və az ağır növləri təşkil edib.

Həmçinin bildirilib ki, 2025-ci ilin 6 ayı ilə müqayisədə ümumi cinayətlər 8,6 faiz azalıb:

"Eləcə də ağır və xüsusilə ağır cinayətlər 6,5, mülkiyyət əleyhinə olanlar 15,3, onlardan oğurluqlar 11,5, dələduzluqlar 16,8, soyğunçuluqlar 8,8, quldurluqlar 44,2, hədə-qorxu ilə tələb etmələr 10,5, habelə xuliqanlıqlar 12,5, yetkinlik yaşına çatmayanların cinayətləri 15,3, ailə münaqişəsi zəminində törədilənlər 3,5, qrup halında baş verənlər 16,6 faiz, odlu silahın tətbiqi ilə törədilənlər 3 fakt, yol-nəqliyyat hadisələrinin sayı 7,6 faiz, qəzalarda xəsarət alanların sayı 19 faiz, həlak olanların sayı 9 faiz azalıb".

Mokaland Uşaq Əyləncə Mərkəzi

Son xəbərlər