Yanğın baş verən Günəşli yatağında hadisə baş verdi: işçilərin bir hissəsi təxliyyə edildi
Dünən, 4 noyabr 2016-cı il tarixində təxminən saat 23 radələrində Xəzər dənizində baş vermiş zəlzələ nəticəsində özüldə silkələnmə müşahidə edilib.
SOCAR-dan BAKU.WS-ə verilən məlumata görə, döşəmədəki dəmir lövhələrin bir neçəsində qaynaqdan qopmalar olub. İşçilərin təhlükəsizliyinin təmin edilməsi məqsədi ilə onların bir hissəsi təxliyyə olunub. Hadisə yerində ekspertlər tərəfindən texniki müayinə aparılmış, özüldə heç bir konstruktiv dəyişiklik müəyyən olunmamışdır.
Hazırda "Günəşli” yatağındakı 10 saylı dərin dəniz özülündə təmir və istehsalat prosesləri ümumi rejimdə davam etdirilir.
Azər Məmmədov
BAKU.WS
Oxşar xəbərlər
"Günəşli" yatağında yanğın 2 aydan sonra söndürüldü
"Günəşli" yatağındakı 10-cu özüldə yanğın söndürülüb. BAKU.WS Fövqaladə Hallar Nazirliyinə istinadən məlumat verir ki, 4 dekabr 2015-ci il tarixində "Günəşli”...