Yanıb kül olan taxta bazarında son vəziyyət: "Nəyim vardı hamısı yandı" - VİDEO

23
avq
2019
11:35
Dünən Bakının Nərimanov rayonu ərazisində Baksol yolu yaxınlığında tikinti materialları bazarında yanğın baş verib. BAKU.WS xəbər verir ki, yanğın sahəsi 1500 kvadratmetrdən artıq olan hadisə yerinə 32 texnika, 250-dən artıq canlı qüvvə cəlb olunub. Yanğın baş verən tikinti materialları bazarına baş çəkdik. Yanan sexlər, taxta materialları və dəzgahları müşahidə etdik.Ərazidə olarkən həm FHN əməkdaşları, həm də sex işçilərinin yanan taxtaları ərazidən topladığının şahidi olduq. Bundan əlavə həm fəhlələr, həm də sahibkarlardan münasibət öyrəndik.Fəhlələr yanğının 8 sexi əhatə etdiyini və dəyənən ziyanın 5 milyon manata yaxın olduğunu vurğuladılar.Sahibkarlar isə yanğın zamanı bütün olan-qalan mallarının yandığını və əvvəlcədən bunların sığortalanmadığını təəssüflə bildirdilər.Orxan Hüseyn
Qalereya
Oxşar xəbərlər
Taxta bazarında yanğın söndürülüb - VİDEO - YENİLƏNİB
Baksol yolu yaxınlığında tikinti materialları bazarında baş verən yanğın söndürülüb.BAKU.WS xəbər verir ki, bu barədə jurnalistlərə açıqlamasında Fövqəladə Hall...