Yanğına görə KTM-ə təxliyə olunan 6 körpənin vəziyyəti ağırdır - YENİLƏNİB
Yanğına görə Kliniki Tibbi Mərkəzin Yenidoğulmuşlar şöbəsinə təxliyə olunan 6 körpənin vəziyyəti ağırdır.
"Report" xəbər verir ki, bunu jurnalistlərə açıqlamasında KTM-in Yenidoğulmuşlar şöbəsinin uzman pediatr-neanotoloq Aysel Qədimova deyib.
Onun sözlərinə görə, şöbəyə daxil olan 15 körpədən ağır olan 6 nəfərin 3-ü süni tənəffüs aparatına qoşulub.
***13.02
Ötən gecə Respublika Perinatal Mərkəzdə baş verən yanğına görə mərkəzdən təxliyə olunan 26 körpə Kliniki Tibbi Mərkəzə yerləşdirilib.
Bu barədə Report-un sorğusuna cavab olaraq KTM-dən bildirilib.
Qeyd olunub ki, körpələrin vəziyyəti stabildir.
Oxşar xəbərlər
Baş prokuror Perinatal Mərkəzdəki yanğının təfərrüatını açıqladı: “7 dəqiqə sonra...” - YENİLƏNİB + FOTO/VİDEO
“Faktla bağlı yanğın təhlükəsizliyi qaydalarının pozulması, səhlənkarlıq, iki və daha çox şəxsin ölümünə səbəb olma maddələri ilə cinayət işi başlanılıb”. Oxu.A...