“Yanardağ” qoruğundan oğurluq edən şəxslər saxlanılıb
Yeniliklərdən dərhal xəbərdar olun
Abşeron Rayon Polis İdarəsinə bu il sentyabr ayının 29-dan oktyabr ayının 29-dək olan müddətdə “Yanardağ” Dövlət Tarix-Mədəniyyət və Təbiət Qoruğunun anbarından 23.000 manat dəyərində elektrik və məişət əşyalarının oğurlanması, həmçinin oradakı mebel və digər əşyaların yararsız hala salınması nəticəsində 8.000 manat dəyərində maddi ziyan vurulması barədə məlumat daxil olub.
Bu barədə BAKU.WS-ə Daxili İşlər Nazirliyindən məlumat verilib.
Polis əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində bu əməlləri törətməkdə şübhəli bilinən Məhəmmədi kənd sakinləri, əvvəllər oğurluq, qəsdən sağlamlığa ağır zərərvurma və narkotiklərlə əlaqəli cinayətlərə görə məhkum olunmuşlar - G.Əliyev və Q.Qasımov müəyyən edilərək saxlanılıblar.
Faktla bağlı araşdırma aparılır.
Oxşar xəbərlər
Azərbaycan polisindən böyük əməliyyat - 20 nəfər saxlanılıb - ANBAAN VİDEO
Daxili İşlər Nazirliyi Baş Narkotiklərlə Mübarizə İdarəsinin əməkdaşları tərəfindən narkotik vasitə və psixotrop maddələrin qanunsuz dövriyyəsi, sosial şəbəkələ...