Yağış suları vətəndaşa məxsus evi yudu - FOTO
Yeniliklərdən dərhal xəbərdar olun
Bir neçə gün öncə Gəncə şəhərinə yağan yağışlar şəhərin ən iri yaşayış massivlərindən olan Məhsəti qəsəbəsində bəzi fəsadlar törədib.
BAKU.WS-in bölgə müxbirinin verdiyi məlumata əsasən, qəsəbənin Məhəmməd Abdullayev adlanan küçəsində yağış suları daha ciddi problemlərə yol açıb.
Aynurə Novruzovaya məxsus tikilinin bir hissəsini yağış suları uçurub. Məhsəti qəsəbəsində çirkab suların axıdılması sistemi olmadığı üçün yağışlı havalarda sözügedən yaşayış massivində bu tip çətinliklər yaşanır.
Qəsəbənin küçələrində iri gölməçələr yaranır, sakinlərin hərəkəti çətinləşir.
Qalereya
Oxşar xəbərlər
Tovuza yağan güclü yağış evləri su altında qoyub - VİDEO
Tovuz rayonuna yağan leysan yağışlarının törətdiyi fəsadlar aradan qaldırılır.Tovuz Rayon İcra Hakimiyyətindən "Report"un Qərb bürosuna verilən məlumata görə, y...