Yağışdan sonra paytaxtın orta məktəblərindən birinin həyəti nəhəng gölü xatırlatdı
21
okt
2024
17:58
Binəqədi rayonu, 143 nömrəli tam orta məktəbin girişini yağış suları basıb.
Bu barədə görüntü BAKU.WS-in "qaynar xətti"nə daxil olub.
Bildirilib ki, qəsəbənin digər əraziləri kimi, bura da acınacaqlı durumdadır. Məktəbdən çıxan şagirdlər xeyli çətinlik çəkirlər. Üstəlik qeydə alınan hal ilk dəfə deyil:
"Hər dəfə yağış yağanda vəziyyət belə olur. Uşaqlarımızı dərsə yollamaq istəmirik. Elə yollar da bu vəziyyətdədir".
Sözügedən görüntünü təqdim edirik:
Oxşar xəbərlər
Mühafizəçi diş həkimi adı ilə xəstənin 11 dişini çəkib
Bakıda mühafizəçinin stomatoloq adı ilə xəstənin 11 dişini çəkdiyi iddia edilir. Xezerxeber.az-ın məlumatına görə, paytaxt sakini Elnarə Məhərrəmova iddia edir...