Yağ daşıyan yük maşını aşdı, “20 Yanvar” dairəsi bağlandı - VİDEO

Yağ daşıyan yük maşını aşdı, “20 Yanvar” dairəsi bağlandı - VİDEO
Foto Video
Hadisə 2924

Paytaxtın Tbilisi prospekti Cavadxan küçəsilə kəsişmədən "20 Yanvar" dairəsi istiqamətində nəqliyyat vasitələrinin hərəkəti müvəqqəti məhdudlaşdırılıb.

Bu barədə BAKU.WS-ə Bakı Nəqliyyat Agentliyi məlumat yayıb.

Bildirilir ki, gecə saatlarında "20 Yanvar" dairəsində yük avtomobilinin aşması nəticəsində yola yağ dağılıb.

Hazırda müvafiq qurumların xüsusi texnikaları əraziyə cəlb edilməklə yolda təmizlənmə işləri görülür.

Yolun bağlanması ilə əlaqədar olaraq bu hissədən keçən müntəzəm marşrut xətləri üzrə avtobusların hərəkət sxemi də müvəqqəti dəyişdirilib.

Avtobusların hərəkəti digər nəqliyyat vasitələrinin yönləndirildiyi küçə və prospektlərdən keçməklə təşkil edilib.

Mokaland Uşaq Əyləncə Mərkəzi

Son xəbərlər