Xudatda narkotik satan dəstə üzvləri saxlanılıblar - VİDEO

Xaçmaz Rayon Polis Şöbəsinin Xudat Polis Bölməsinin əməkdaşları tərəfindən narkotiklərlə bağlı keçirilən əməliyyatlar zamanı narkotik vasitələrin əldə edilməsi, daşınması, qanunsuz dövriyyəsi və satışı ilə məşğul olan rayon sakinləri Rəvan Seyidov, Sevcan Zayumova və Humay Məmmədova saxlanılıblar.
Bu barədə BAKU.WS-ə Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat Xidmətindən məlumat verilib.
Həmin şəxslərin üzərlərinə və yaşadıqları evlərə baxış keçirilən zaman külli miqdarda narkotik vasitə olan heroin, marixuana və psixotrop maddə olan metamfetamin aşkar olunaraq götürülüb.
Faktla bağlı cinayət işi başlanılıb və məhkəmənin qərarı ilə Rəvan Seyidovun barəsində həbs, daha iki qadından birinin barəsində ev dustaqlığı, digəri barəsində isə polisin nəzarəti altına vermə qətimkan tədbiri seçilib.
Oxşar xəbərlər
Polis əməliyyatlar keçirib, daha 21 nəfər saxlanılıb - VİDEO
Daxili İşlər Nazirliyi (DİN) Baş Narkotiklərlə Mübarizə İdarəsinin əməkdaşları tərəfindən narkotik vasitə və psixotrop maddələrin qanunsuz dövriyyəsini və qaçaq...
