Xudatda baş verən qəzada ölən və yaralananların kimliyi məlum olub

Xudatda baş verən qəzada ölən və yaralananların kimliyi məlum olub
Hadisə 53

Xudatda baş verən qəzada ölən və yaralıların kimliyi məlum olub.

BAKU.WS report-a istinadən xəbər verir ki, Xudat-Quba avtomobil yolunun 5-ci şöbə adlana ərazisindən keçən hissəsində baş verən avtoqəzada "VAZ-21011" markalı minik avtomobilinin sürücü 1998- cı il təvəllüdlü Məmmədov Orxan İslam oğlu və onun sərnişini 2001-ci il təvəllüdlü Tarverdiyev Nazir Ramin oğlu hadisə yerində ölüblər.

Yaralılar isə Məmmədov Elməddin Etibar oğlu və İbrahimov Vilayət Vidadi oğlu ağır vəziyyətdə Xaçmaz rayon mərkəzi xəstəxanasına yerləşdiriliblər.

Faktla bağlı araşdırma aparılır.

16:44

*** 16:44

Gəndob-Yalama yolunun Xudat şəhərindən keçən hissəsində ağır yol-nəqliyyat hadisəsi baş verib.

BAKU.WS report-a istinadən xəbər verir ki, qəza zamanı "Vaz-21011" markalı avtomobil "Vaz-21099" markalı nəqliyyat vasitəsi ilə toqquşub.

Nəticədə şəxsiyyəti hələ müəyyən edilməyən iki nəfər ölüb.

Hadisə ilə bağlı araşdırma aparılır.

Son xəbərlər