Xoşqədəmin axtarıb tapdığı Tariyel yenə yoxa çıxdı - VİDEO
Yeniliklərdən dərhal xəbərdar olun
Bakıda 17 yaşlı Cəfərov Tariyel Vüqar oğlu evdən qaçıb.
BAKU.WS xəbər verir ki, onun atası Xoşqədəm Hidayətqızının "Səni axtarıram" proqramına gələrək oğlunun tapılıb evə qaytarılması üçün kömək istəyib.
"Səhər saatlarında həyat yoldaşımla həkimə getmişdik. Evə qayıdanda gördük ki, bizə məktub yazıb qoyub. Bu uşaq bir dəfə də getmişdi, siz tapmışdınız. O, bizdən başqa hamıyla mehribandır. Məni və anasını görəndə dəli olur. Siqaret çəkdiyinə görə danlamışam, başqa heç bir problemimiz olmayıb".
Ata oğlunun evi tərk edərkən yazıb qoyduğu məktubu aparıcıya verib. Məktubda bu sözlər yazılıb: "Mən gedirəm, hər gün danlanmaq olmaz. Sizi istəmirəm, məni sakit buraxın. Mənim 17 yaşım var, siqaret çəkirəm, yaxşı edirəm. Bacım sizə əmanət. Məni axtarmayın. Mən gedib özümü saxlayacam".
Xatırladaq ki, Cəfərov Tariyel Vüqar oğlu 2019-cu il aprelin 12-də tapılaraq ailəsinə təhvil verilmişdi.
Oxşar xəbərlər
Ucarda ailə dramı – kişi azyaşlı oğlunun gözü qarşısında arvadını baltaladı
Arvadını baltalayan Ucar rayon sakini cəzasının azaldılması məqsədi ilə Ali Məhkəməyə müraciət edib.BAKU.WS "ölkə.az”a istinadən xəbər verir ki, cinayət məcəllə...