Xocavənddə ekskavator minaya düşüb, Türkiyə vətəndaşı xəsarət alıb
Yeniliklərdən dərhal xəbərdar olun
İyulun 14-ü saat 14 radələrində Xocavənd rayonunun işğaldan azad edilmiş Tağaverd kəndi ərazisində Türkiyə Respublikasının vətəndaşı 1987-ci il təvəllüdlü Yalpiri Yıldırayın minaya düşməsi ilə bağlı rayon prokurorluğuna məlumat daxil olub.
Bu barədə BAKU.WS-ə Xocavənd rayon prokurorluğundan məlumat verilib.
İlkin araşdırmalarla həmin ərazidə təmir tikinti işləri aparılan zaman tikinti şirkətində ekskavator sürücüsü kimi çalışan Yalpiri Yıldırayın minaya düşməsi nəticəsində müxtəlif dərəcəli bədən xəsarətləri alması müəyyən edilmişdir.
Hazırda faktla bağlı Xocavənd rayon prokurorluğunda araşdırma aparılır.
Oxşar xəbərlər
Cəbrayılda “Azərsun"un maşını tank əleyhinə minaya düşüb - YENİLƏNİB
Cəbrayıl Rayon Prokurorluğu "Azərsun Holdinq"ə məxsus nəqliyyat vasitəsinin minaya düşməsi ilə bağlı açıqlama yayıb. BAKU.WS-ə daxil olan açıqlamada deyilir: "İ...