Xocahəsən yolunda nə baş verib?  - RƏSMİ AÇIQLAMA/VİDEO

Xocahəsən yolunda nə baş verib?  - RƏSMİ AÇIQLAMA/VİDEO
Video
Hadisə 1020

Bu gün axşam saatlarında Xocahəsən-Lökbatan yolunda uzun tıxac yaranıb.

Bu barədə hadisə şahidləri BAKU.WS-in “qaynar xətti”nə məlumat veriblər.

Bildirilib ki, ərazidə yol polisləri də dayanıblar.

Məsələyə aydınlıq gətirmək üçün Baş Dövlət Yol Polisi İdarəsi ilə əlaqə saxladıq. Qurumdan BAKU.WS-ə bildirildi ki, PİK saatlarında həmin istiqamətdə avtomobillərin sıxlığı müşahidə olunur. Sıxlığın qarşısını almaq və hərəkəti tənzimləmək üçün yol polisi əməkdaşları çalışırlar.

“Yol polisi əməkdaşları sıxlığın qarşısını almaq üçün yolu tənzimləyiblər. Bu səbəbdən də, bir neçə dəqiqəlik həmin istiqamətdə avtomobillərin hərəkəti dayandırılıb ki, qarşı tərəfdə hərəkət bərpa olunsun”, - deyə qurumdan bildirilib.

Son xəbərlər