Xırdalanda pilləkənin çökdüyü yaşayış binasında təmir işləri aparılacaq
Yeniliklərdən dərhal xəbərdar olun
Xırdalan şəhərində pilləkənin çökdüyü yaşayış binasında təmir-bərpa işləri aparılacaq.
BAKU.WS report-a istinadən xəbər verir ki, bu barədə Abşeron Rayon İcra Hakimiyyəti və Xırdalan şəhər İnzibati Ərazi Dairəsi üzrə Nümayəndəliyin açıqlamasında bildirilib.
Qeyd olunub ki, müvafiq rəy hazırlandıqdan sonra binada təmir-bərpa işləri görülcək:
"1991-ci ildə sakinlərin istifadəsinə verilən Xırdalan şəhəri, 26-cı məhəllə, 1-ci binanın 1-ci blokunun giriş hissəsində - pilləkən qəfəsində çökmə baş verib.
Dərhal Abşeron Rayon İcra Hakimiyyəti və müvafiq qurumlarının əməkdaşları tərəfindən hadisə yerinə baxış keçirilib və sakinlərin təhlükəsiz hərəkətini təmin etmək məqsədi ilə müvəqqəti keçid sifariş verilib, Fövqəladə Hallar Nazirliyinin (FHN) aidiyyatı qurumlarına məlumat verilib.
Çökmə zamanı xəsarət alan olmayıb. Hal-hazırda nazirliyin əməkdaşları ərazini yerində araşdırır və müvafiq rəy təqdim edildikdən sonra təmir-bərpa işlərinə başlanılacaq".
Xatırladaq ki, bu gün Xırdalan şəhərində yaşayış binasının giriş hissəsində pilləkən çöküb.
***15:40
Xırdalan şəhərində yaşayış binasının giriş hissəsində pilləkən çöküb.
BAKU.WS xəbər verir ki, bu barədə report məlumat yayıb.
Hadisə şahidlərinin sözlərinə görə, xəsarət alanlar var.
Həmin görüntüləri rəqdim edirik:
Oxşar xəbərlər
Həkimin öldü dediyi körpə morqda 4 saat sağ qalıb
ABŞ-nin Arizona ştatında hovuzda boğulma təhlükəsi keçirən 18 aylıq körpə həkimin səhlənkarlığı nəticəsində ölü elan edilərək morqa aparılıb. Körpənin təxminən...