Xırdalanda təmir sexində başlayan yanğın söndürülüb - YENİLƏNİB-1/VİDEO

Xırdalanda təmir sexində başlayan yanğın söndürülüb - YENİLƏNİB-1/VİDEO
Video
Hadisə 128

Xırdalan şəhəri, Heydər Əliyev prospektində avtomobil təmiri sexindəki yanğın söndürülüb.

***17.47

FHN-in "112" qaynar telefon xəttinə Abşeron rayonu, Xırdalan şəhəri, Heydər Əliyev prospektində avtomobil təmiri sexində yanğın baş verməsi barədə ilkin məlumat daxil olub.

Qurumdan BAKU.WS-ə verilən məlumata görə, hadisə ilə əlaqədar FHN-in Dövlət Yanğından Mühafizə Xidmətinin qüvvələri dərhal əraziyə cəlb olunub.

***17.40

Xırdalanda yanğın hadisəsi baş verib.

Bununla bağlı məlumat BAKU.WS-in "qaynar xətti"nə daxil olub. Hadisə şahidlərinin verdikləri məlumata görə, yanğın qeyri-yaşayış binasında qeydə alınıb. Yanğının hansı səbəbdən baş verdiyi bilinmir.

Son xəbərlər