Xırdalanda silahlı şəxs saxlanılıb - VİDEO
Yeniliklərdən dərhal xəbərdar olun
Abşeron Rayon Polis İdarəsinin əməkdaşlarının daxil olmuş məlumat əsasında keçirdikləri əməliyyat-axtarış tədbiri nəticəsində yaşadığı evdə qanunsuz olaraq odlu silah-sursat gizlədən şəxs saxlanılıb.
Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən BAKU.WS-ə verilən məlumata görə, əməliyyat zamanı Xırdalan şəhər sakini, əvvəllər məhkum olunmuş Samiq Rəhimov tutulub.
Onun Abşeron rayonunda yaşadığı evdə axtarış aparılan zaman 1 ədəd “Naqan” konstruksiyalı “Marqolin” markalı tapança və həmin silaha məxsus 2 ədəd patron aşkar olunaraq götürülüb.
Qeyd edilən xüsusatlarla bağlı Samiq Rəhimov barəsində Cinayət Məcəlləsinin bir neçə maddəsi ilə cinayət işi başlanılıb və o, tutularaq istintaqa cəlb olunub. Samiq Rəhimov barəsində məhkəmənin qərarı ilə həbs qətimkan tədbiri seçilib.
Qalereya
Oxşar xəbərlər
Avstriya istehsalı olan silahı Gülər Əhmədovanın oğlu haradan alıb?
Fevralın 9-da eks-deputat Gülər Əhmədovanın oğlu, 1987-ci il təvəllüdlü Toğrul Əhmədov Bakıda silahla tutulub. O, Daxili İşlər Nazirliyi (DİN) Baş Mütəşəkkil Ci...