Xırdalanda məktəb baxımsız vəziyyətdədir - AÇIQLAMA - FOTO/VİDEO
Yeniliklərdən dərhal xəbərdar olun
Abşeronda təhsil müəssisəsindəki vəziyyət valideynləri narahat edir.
BAKU.WS xəbər verir ki, bu barədə oxu.az-a valideynlər tərəfindən şikayət daxil olub. Bildirilib ki, söhbət rayonun Xırdalan şəhərində yerləşən 2 nömrəli orta məktəbdən gedir.
Məktəbin sinif otaqları, dəhlizi təmirsiz və bərbad haldadır. Şagirdlər bu vəziyyətdə olan məktəbdə təhsil alırlar, həmçinin məktəbdə iki növbəli yox, 3 növbəli tədris prosesi həyata keçirilir.
Məsələ ilə bağlı Elm və Təhsil Nazirliyinə sorğu ünvanladıq. Nazirliyin Əsaslı Tikinti və Təchizat İdarəsindən bildirilib ki, məsələ diqqətdə saxlanılır:
“Zərurət olan təhsil müəssisələrində sistemli şəkildə bütün qovşaqlar düzəldiləcək”.
Qalereya
Oxşar xəbərlər
İlham Əliyevin beynəlxalq konfransın iştirakçıları ilə görüşü keçirilib - YENİLƏNİB - VİDEO
Aprelin 29-da ADA Universitetində “Cənubi Qafqaz: İnkişaf və əməkdaşlıq” mövzusunda beynəlxalq konfrans keçirilib. BAKU.WS AZƏRTAC-a istinadən xəbər verir ki, A...