Xırdalanda marketdən üç ayda yeddi min manatlıq oğurluq edən şəxs ƏLƏ KEÇDİ
Abşeron rayonunun Xırdalan şəhərində talama cinayəti baş verib. Zərərçəkən polisə müraciət edərək işlədiyi mağazadan 7 000 manatlıq məhsulun oğurlandığını bildirib.
BAKU.WS xəbər verir ki bu barədə Daxili İşlər Nazirliyi məlumat yayıb.
Bildirilib ki, polis əməkdaşları tərəfindən keçirilən tədbirlə 46 yaşlı A.Məmmədov əməli törətməkdə şübhəli bilinərək saxlanılıb. Araşdırmalar zamanı məlum olub ki, saxlanılan şəxs mağzadan oğurluqları üç ay ərzində hissə-hissə törədib.
Rayon ərazisində keçirilən digər tədbirlər nəticəsində isə evlərdən təmir-tikinti alətləri oğurlamaqda şübhəli bilinən 25 yaşlı K.Şıxəliyev və 44 yaşlı Y.Əliyev müəyyən olunaraq saxlanılıblar.
Faktlar üzrə araşdırmalar aparılır.
Oxşar xəbərlər
Narkotikin təsiri altında avtomobil idarə edən sürücü eyni əmələ görə YENİDƏN SAXLANILDI
Paytaxt sakini Elyar Veyisov idarə etdiyi "Toyota" markalı avtomobillə qayda pozuntusuna yol verdiyi üçün Ekoloji Nəzarət üzrə YPX Bölüyünün əməkdaşları tərəfin...