Xırdalanda iyrənc şəraitdə ayran istehsal edilir - İDDİA
Yeniliklərdən dərhal xəbərdar olun
Xırdalanda antisanitar şəraitdə ayran istehsal edilir.
BAKU.WS oxu.az-a istinadən xəbər verir ki, bu barədə məlumat sosial şəbəkələrdə paylaşılıb. Söhbət Abşeron rayonu, Xırdalan şəhəri Hacı Zeynalabdin küçəsindən gedir. Sözügedən ünvanda gigiyenik normalara riayət olunmadığı və antisanitar şəraitdə dovğa, ayran istehsal edildiyi iddia olunur.
Vətəndaşlar qeyd edirlər ki, əraziyə davamlı çirkli süd, köhnə ağartı məhsulları tökülür və üfunət yayılır:
“Ərazidən keçmək mümkün deyil, qoxu adamın beynini çatladır. İndi də tikinti işləri aparılır, hər tərəfi toz-torpaq götürür. İçəridən çıxarılan zibillər, daşlar yola tökülür. Buranın “müəssisə” kimi fəaliyyətinə kim və necə icazə verir - biz başa düşmürük. Bu cür heç bir standartlara cavab verməyən yerdə hazırlanan məhsulun keyfiyyətini düşünmək belə istəmirik”.Məsələ ilə bağlı Azərbaycan Respublikası Qida Təhlükəsizliyi Agentliyinə (AQTA) sorğu ünvanladıq. AQTA-dan cavab olaraq bildirilib ki, sözügedən ünvanda standartlara cavab vermədiyi iddia edilən əraziyə aidiyyəti üzrə baxış keçiriləcək:
“Bununla bağlı agentliyin Bakı Regional Bölməsi tərəfindən müvafiq araşdırmalara başlanıb. Aparılan araşdırmanın nəticəsi ilə bağlı ətraflı məlumat veriləcək. Vətəndaşlardan bu və bu kimi fəaliyyət sahələri ilə bağlı şikayətlərini agentliyin “1003” Çağrı Mərkəzinə bildirməsi xahiş olunur”.
Oxşar xəbərlər
Hövsanda biabırçılıq: Süfrəyə qoyulan toyuqlar antisanitar şəraitdə hazırlanır - VİDEO
Antisanitar şəraitdə, işçilərin heç bir gigiyenik normalara riayət etmədən hazırladıqları toyuqlar geniş müzakirələrə səbəb olub. BAKU.WS oxu.az-a istinadən xəb...